"Qalatasaray" fransalı futbolçu ilə razılaşdı
"Qalatasaray" Saşa Boeyin yerini fransalı futbolçu ilə doldurmaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,Saşa Boeyin ayrılmasından sonra cinah müdafiəsi boşda qalan "sarı-qırmızlar" "Renn" klubunun 23 yaşlı müdafiəçisi Lorenz Asiqnon ilə razılıq əldə ediblər.
Fransalı müdafiəçi ən qısa müddətdə İstanbula gələcək və tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, Lorenz Assiqnon bu mövsüm "Renn" forması ilə çıxdığı 20 matçda 2 qol, 1 sistlə yadda qalıb.