"Qalatasaray" fransalı futbolçu ilə yolları ayırır
"Qalatasaray" fransalı ulduz futbolçu Tanquy Ndombele ilə yolları ayırmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi üçün 2 klubun təklif göndərdiyi bildirilib.
"Qalatasaray" rəsmiləri Fransanın "Renn" və Səudiyyə Ərəbistanının "Əı-İttifaq" klubunun Ndombele ilə maraqlandığını deyiblər.
Qeyd edək ki, Tanquy Ndombele bu mövsüm "Tottenhem"dən "Qalatasaray"a trasnfer olunmuşdu.