"Qalatasaray" futbolçuları üçün gələn təklifləri geri çevirəcək

"Qalatasaray" klubu futbolçularına gələn təklifləri qəbul etməyəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar"ın rəsmiləri bu mövsümün sonunadək  futbolçularının keçidi ilə bağlı danışıqları qəbul etməyəcəklərini bildiriblər. 

Son zamanlarda Davinson Sançes, Vilfred Zaha və Barış Alpər Yılmazın komandadan ayrılacağı ilə bağlı yayılan məlumatların da yalan olduğu bildirilib.

Qeyd edək ki, Okan Buruk məsələ ilə bağlı açıqlamasında, hazırda "Fənərbağça" ilə kubok matçını və liqada qalib gəlmək istədiklərini bildirib.