"Qalatasaray" heyətini gücləndirmək istəyir

Türkiyə nəhəngi "Qalatasaray" heyətini polşalı yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir. 

Sportline.az Asporhaber.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" İngiltərə Prmyer liqasında çıxış edən "Brayton" klubunun 24 yaşlı futbolçusu Yakup Moderi transfer etmək istəyir. 

Polaşlı futbolçunun İngiltərə klubu ilə müqavilə müddəti 2025-ci ildə başa çatacaq. "Qalatasaray" rəhbərliyi Yakup Moderi icarə əsasında heyətinə cəlb etmək istəyir. 

Qeyd edək ki, Yakup Moder bu mövsüm komandası ilə cəmi 8 oyunda meydana çıxıb.