"Qalatasaray" iki futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır

Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlayan "Qalatasaray"da diqqətlər "Mançester Yunayted"in 2 futbolçusuna yönəlib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Sarı-qırmızılılar" Van-Bissaka və Skot Mek Tomineyin transferi üçün İngiltərə klubuna 25 milyon avro ödəməyə razıdır.

Hər iki futbolçunun müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Van Bissaka bu mövsüm "mankunyanlar"ın heyətində 30 oyunda 3 asistlə diqqət çəkib.

Ən məhsuldar mövsümlərindən birini yaşayan Mek Tominey isə 43 oyunda 10 qol vurub, 3 asist edib.