"Qalatasaray" italiyalı ulduzu transfer etmək istəyir

"Qalatasaray" italiyalı ulduzu transfer etmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, mövsüm sonunda heyətini gücləndirmək istəyən "sarı-qırmızlar" "Arsenal"ın italiyalı futbolçusu Jorjinyonun transferində maraqlıdırlar. 

İstanbul nəhəngi 32 yaşlı müdafiəçi üçün İngiltərə klubuna 10 milyon avro təklif edib.

Qeyd edək ki, 32 yaşlı mərkəz müdafiəçisi çıxdığı 28 oyunda 1 qol, 1 asistlə yadda qalıb.