"Qalatasaray" itki ilə üzləşib
"Qalatasaray" klubunun müdafiəçisi Abdülkerim Bardakçının yaşıl meydanlardan kənar qalacağı müddət açıqlanıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar"ın müdafiəçisi Abdülkerim Bardakçı 2 həftə komandasına kömək edə bilməyəcək.
"Qalatasaray" rəsmiləri 29 yaşlı müdafiəçinin "Samsunspor"la matçda komandaya qayıdacağını bildiriblər.
Qeyd edək ki, İstanbul nəhəngi Abdülkerim Bardakçının "Trabzonspor"la görüşdə zədələndiyini bildirib.