"Qalatasaray" Kerem Aktürkoğlunun yerinə bu oyunçunu transfer etməyi düşünür
"Qalatasaray", komandadan ayrılacağı gözlənilən Kerem Aktürkoğlunun boşluğunu "Alanyaspor"un futbolçusu ilə doldurmaq istəyir.
Sportline.az Beinsportss.com-a istinadla xəbər verir ki, "Cim-bom" heyətini "Alanyaspor"un oyunçusu Oğur Aydınla gücləndirməyi düşünür.
23 yaşlı cinah hücumçusu 2021-ci ildən Akdeniz təmsilçisinin şərəfini qoruyur.
Futbolçu bu mövsüm komandası ilə çıxdığı 38 oyunda 13 qol vurub, 8 asist edib.
Qeyd edək ki, Oğuz Aydın özü də İstanbul klubunda oynamağa müsbət yanaşır.