"Qalatasaray" Mustafa Dənizli ilə razılığa gəldi

"Qalatasaray" futbol klubu Hamza Hamzaoğlunun istefasından boş qalan baş məşqçi postu üçün Mustafa Dənizli ilə razılıq əldə edib. SportLine.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbək özü Türkiyə mətbuatına açıqlamasında məlumat verib. Mütəxəssislə bütün məsələlərdə razılaşdıqlarını bildirən Özbək, "Dənizli yaxın günlərdə müqaviləyə qol çəkəcək", - deyib.