"Qalatasaray" Okan Burukla bağlı açıqlama yayımlayıb
"Qalatasaray" baş məşqçisi ilə yola davam edəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, son Türkiyə çempionu yeni müqavilə bağlayacağı Okan Buruk üçün sabah imza mərasimi təşkil edəcək.
2022-23 mövsümündə "Qalatasaray"ın "sükanı arxasına" keçən 50 yaşlı mütəxəssis "sarı-qırmızılılar"la Super Liqada ardıcıl 2 çempionluq qazanıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl "Başakşehir" ilə Super Liqanın və "Akhisarspor"la Türkiyə kubokunun qalibi olub.