"Qalatasaray" Polşa klubunun qapıçısını transfer etmək istəyir
"Qalatasaray" klubu Fernando Musleranın yerini doldura biləcək qolkiper axtarışlarını davam etdirir.
Sportline.az Gol24Pl-yə istinadla xəbər verir ki, "Rakov" klubunun rəsmiləri Vladan Koçaeviçin keçidi ilə bağlı açıqlamada:"sarı-qırmızlar"ın uyğun təklif verəcəyi təqdirdə keçid gerçəkləşəcək. Daha öncə "Benfika" klubu da təklif göndərdi amma qəbul etmədik",-deyiblər.
25 yaşlı təcrübəli qolkiper Vladan Koçaeviç 2 mövsüm Polşa liqasında ilin ən yaxşısı seçilib.
Qeyd edək ki, "Rakuv" forması ilə 33 matçda meydana çıxan Vladan Koçaeviç qapısından 36 top buraxıb.