"Qalatasaray" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir

Trendyol Super Liqasında son 2 ilin çempionu olan "Qalatasaray" 2024-25 mövsümü üçün də iddialı heyət qurmağı planlayır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu "Famalikan"ın sol cinah müdafiəçisi Fransisko Mouranın xidmətində maraqlıdır.

Portuqaliya təmsilçi bu transfer üçün qarşı tərəfdən 10 milyon avro tələb edir.

Bu mövsüm bütün turnirlər daxil olmaqla 36 oyuna çıxan Moura 2 qol və 5 asistlik performans göstərib.

Qeyd edək ki, 24 yaşlı futbolçunun "Famalikan" klubu ilə daha 3 il müqaviləsi var.