"Qalatasaray" türkiyəli futbolçunu transfer edəcək

"Qalatasaray" klubu Almaniya Bundesliqasında çıxış edən 18 yaşlı cinah müdafiəçisiylə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qrımızılar" əslən türkiyəli olan Berkay Yılmazın keçidi üçün "Frayburq" klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir. 

Berkay Yılmaz Türkiyə Super liqasında və "Qalatasaray" klubunda çıxış etmək istədiyini bildirib. 

Qeyd edək ki, gənc cinah müdafiəçisi bu mövsüm "Frayburq" formasıı ilə 9 oyunda meydana çıxıb və 1 qol, 3 asistlə yadda qalıb.