"Qalatasaray" uruqvaylı futbolçu ilə müqavilə müddətini uzadacaq
"Qalatasaray" klubu uruqvaylı futbolçu ilə müqavilə müddətini 2028-ci ilədək uzatmaq niyyətindədir.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızlar" 27 yaşlı yarımmüdafiəçi Lukas Toreyra üçün gələn təklifləri geri çeviriblər.
İstanbul nəhəngi futbolçu ilə yeni müqavilə üçün illik 3 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Lukas Toreyra bu mövsüm çıxdığı 28 matçda 1 asistlə yadda qalıb.