"Qalatasaray" yeni qapıçı axtarışındadır

"Qalatasaray" "Verder Bremen"in qapıçısını transfer etmək istəyir.

Sportline.az "Fanatik" qəzetinə xəbər verir ki, "Qalatasaray"da Fernando Muslera bu mövsümün sonunda komandadan ayrılacaq. Çox güman uruqvaylı qapıçı öz vətəninə geri dönəcək. Daha sonra karyerasını bitirib "Qalatasaray"da müəyyən vəzifədə çalışacaq.

Ancaq "Qalatasaray" rəhbərliyi Musleradan boşalan bu mövqeyə sürpriz bir namizəd fikirləşiblər. Bu barədə "Skysports.de" məlumat verib. Alman mediası "Verder Bremen"in 29 yaşlı qapıçısı Mikael Zettereri "Qalatasaray"a yazıb. 

Ancaq problem orasındadır ki, qapıçı ilə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola da maraqlanır. Onlar Zettereri ehtiyat qapıçı kimi düşünürlər.

Qeyd edək ki, Mikael Zetterer 29 yaşında, 1.87 m boyunda bir qapıçıdır. Milli səviyyəsinə yüksəlməsə də aşağı yaş qruplarında Bundestimin şərəfini qoruyub.