"Qalatasaray" yoldaşlıq görüşündə İtaliya klubu ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv Serie A klublarından "Leççe" ilə üz üzə gələcək.

Saat 21:30-da başlanacaq görüş Avstiryanın Linz şəhərində baş tutacaq.

Qeyd edək ki, Türkiyə klubu bundan əvvəl oynadığı yoldaşlıq görüşlərində LASK (2-3) və "Fortuna"ya (2-5) məğlub olub, "Trencin" üzərində qələbə qazanıb. (4-1).