“Qalatasaray”da itki yaşanıb
Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs zədələnərək sıradan çıxıb.
Seneqallı oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Yunion Sent-Jilluaz"la görüşdə zədələnib. 26 yaşlı sol cinah müdafiəçisi İstanbul derbisində, "Fənərbağça"ya qarşı oynaya bilməyəcək.