"Qalatasaray"da Leo Duboa ilə bağlı yekun qərar verilib

Ötən mövsümü icarə əsasında "Başakşehir"də keçirən Leo Duboanın "Qalatasaray"dakı gələcəyi bəlli olub.

Sportline.az Trtspor.net-ə istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun komandada qalmasına qərar verilib. 

Buna səbəb İstanbul klubunun heyətin dərinliyini qorumaq istəməsidir.

Təcrübəli müdafiəçi müdafiənin hər 2 cinahında çıxış edə bilir.

Qeyd edək ki, Leo Duboa ötən mövsüm "Başakşehir" ilə çıxdığı 31 oyunda 1 qol və 4 asistlik preformans göstərib.