"Qalatasaray"da yarpaq tökümü
"Qalatasaray"ın braziliaylı futbolçusu icarə əsasında komandadan ayrıla bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, cinah hücumçusu Tete üçün adı bilinməyən Səudiyyə Ərəbistanı klubunun təklif göndərdiyi bildirilib.
"Sarı-qırmızlar" braziliyalı gənc futolçu üçün illik 3,5 milyon avro ödəniləcəyini açqılayıblar. Transferlə bağlı son qərar isə Tetenin olacaq.
Qeyd edək ki, Tete bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 27 görüşdə 2 qol, 3 asistlə yadda qalıb.