"Qalatasaray"dan 1 xal
Türkiyə Superliqasında 9-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Qalatasaray" doğma meydanda "Kayserispor"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
"Qalatasaray" - "Kayserispor" - 1:1
Qollar: Dian, 62-pen, Kampanharo, 71 (1:1)
Qırmızı vərəqə: Muğdat Çelik ("Kayserispor")
Bu nəticədən sonra xalını 17-yə yüksəldən İstanbul təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Alanyaspor" 20 xalla (8 oyun) 1-ci, "Fənərbaxça" eyni xalla 2-cidir.