"Qalatasaray"ın futbolçuları Avropa klublarının diqqət mərkəzinə düşüblər
Türkiyə nəhəngi "Qalatasaray"ın uldu futbolçuları Avropa klublarının diqqətini cəlb ediblər.
Sportline.az Sporx.com-a istinalda xəbər verir ki, Saşa Boeyin "Bavariya"ya Anxelinyonun isə "Roma"ya keçidindən sonra digər futbolçular üçün də təkliflər gəlməyə başlayıb.
Kərəm Aktürkoğlu, Abdülkerim Bardakçı, Barış Alper Yılmaz, Hakim Ziyeş və Fernando muslera üçün ümumilikdə 43 milyon avro dəyərində təklif göndərilib.
Qeyd edək ki, "Qalatasaray" rəsmiləri Kərəm Aktürkoğlu, Abdülkerim Bardakçı və Barış Alper Yılmazın satılmayacağını bu barədə mövsüm sonunda düşünəcəklərini bildiriblər.