"Qalatasaray"ın futbolçusu "Tottenhem"in radarına düşüb

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Tottenhem"in transfer siyahısında yer alıb.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Burhan Can Terzi məlumat yayıb.

London klubu oyunçunun meneceri ilə təmas halındadır.

Qeyd edək ki, Barışın transfer qiyməti 25 milyon avrodur.

Onun "Qalatasaray"la sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.