Qapıçıdan etiraf: "Ronaldonu söymüşəm"

Tacikistanın “İstiqlol” klubunun qapıçısı Rüstəm Yatimov Asiya Çempionlar Liqasında keçirdiyi “Əl-Nəsr”lə oyundan danışıb.

Sportline.az “Championship” nəşrinə istinadla xəbər verir ki, qolkiper Kriştiano Ronaldo ilə arasnda yaranan münqaişə ilə bağlı açıqlama verib.

“Ronaldo bir az əsəbiləşməyə başladı. Bir-birimizi söyməyə başladıq. Ronaldo işarə etdi və mən nəsə dedim. Dialoq rusca başladı, amma başa düşmədiyini xatırladım (gülür). Sonra serb və ingilis dillərindən istifadə edildi. Amma bundan sonra qucaqlaşdıq, danışdıq və oynamağa davam etdik”, - deyə Yatimov bildirib.

Qeyd edək ki, həmin oyunda Ronaldo 1 qolla yadda qalıb.