Qara Qarayevin son durumu
"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə cavab matçında oynamağa tam hazırdır.
Sportline.az xəbər verir ki, zədəsini sağaldan yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk görüşdə "Sürix"ə 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında iyulun 27-i İsveçrədə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Q.Qarayev zədə səbəbindən "Sürix"lə ilk oyunu buraxmışdı.