"Qarabağ" - "Ayaks" oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Qarabağ" - "Ayaks" (Niderland) oyununu idarə edəcək Nikolas Uolş daha əvvəl iki dəfə Azərbaycan klublarının matçına təyinat alıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin evdə Gürcüstanın "Dinamo" kollektivinə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.
Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə "Qarabağ"ın Belçikada "Gent"ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.