"Qarabağ" beynəlxalq turnirə qatılacaq

“Qarabağ”ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək “Sozopol Cup” turnirində iştirak edəcək.

Sportline.az xəbər verir ki, məlumatı  klubun mətbuat xidməti yayıb. 

Turnir 3-18 iyun tarixlərində Tsarevo şəhərində təşkil ediləcək. 12 komandanın mübarizə aparacağı yarışda “Qarabağ” C qrupunda Bolqarıstan təmsilçiləri “Levski” (Sofiya), “Botev” (Plovdiv) və “Etar”la (Veliko Tarnovo) birgə yer alıb.

14 iyun. “Etar” – “Qarabağ”

15 iyun. “Qarabağ” – “Botev”

16 iyun. “Qarabağ” – “Levski”

Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə malik komanda yarımfinala vəsiqə qazanacaq.

Banner