"Qarabağ" ən yaxşılar sırasında

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.

"Köhlən atlar" 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç "Budö/Qlimt"i 12 qolla birinci, İslandiya "Vikinqur"u 10 qolla ikinci pillədə qərarlaşıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. "Budö/Qlimt"dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.

Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.