“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”

Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Roman Salenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Sportline.az xəbər verir ki, o, “Ukrainskiy futbol” nəşrinə müsahibəsində Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib.

“Bilirdim ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Çelsi” ilə oynayıb və səhv etmirəmsə, 2:2 hesablı heç-heçə edib. Bu komanda çox keyfiyyətli futbol nümayiş etdirir. “Qarabağ” güclü və çətin rəqibdir. Amma biz bu mərhələni keçməliyik”, – deyə Salenko bildirib.

O, həmçinin Avropa Liqasında PAOK-a məğlub olaraq mübarizəni dayandırmalarına da münasibət bildirib:

“Əlbəttə, səhvlərimiz oldu. Başımızı dik tutmalı, işləməyə davam etməli və irəli baxmalıyıq. Qarşıda Konfrans Liqasının oyunları var. Meydanda növbəti mərhələyə layiq olduğumuzu sübut etməliyik”.

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da, cavab görüşü isə avqustun 13-də keçiriləcək.