"Qarabağ" Liqa mərhələsində bu heyətlə çıxış edəcək

"Qarabağ" klubu Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportline.az xəbər verir ki, turnirin 8 qarşılaşmasında üçün 24 futbolçu sifariş olunub.

Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, "Qarabağ" ilk oyunu sentyabrın 26-da İngiltərə "Tottenhem"ə qarşı keçirəcək. Ardınca komandamızı evdə İsveçin "Malmö" və Niderlandın "Ayaks", səfərdə Norveçin "Bodo Qlimt" klubları ilə görüş gözləyir. Fransa "Lion"unu qəbul etdikdən sonra İsveçdə "Elfsborq"un qonağı olacaq Azərbaycan çempionu son iki oyununu 2025-ci ildə keçirəcək. "Qarabağ" Bakıda Rumıniyanın FCSB komandası ilə, Yunanıstanda isə "Olimpiakos"la qarşılaşacaq.