"Qarabağ" "Neftçi"ni məğlub etdi

Topaz Premyer Liqası klublarının əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 14-cü turun oyunları davam edir. SportLine.az xəbər verir ki, bu gün turun 1 matçı baş tutub.

Liderlər qrupunda qərarlaşan “Neftçi” “Qarabağ”ı qəbul edib. Oyun Ağdam təmsilçisinin üstünlüyü şəraitində keçib və “Qarabağ” 3 xalı 3 qolla əldə edib. Uzunmüddətli zədədən dönən “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov bu oyunda fərqlənib.

“Neftçi” - “Qarabağ” - 1:3
Qollar: Mirabdulla Abbasov, 53 - Elmir Namazov, 22; Namiq Ələsgərov, 41; Məhəmməd Məhəmmədov, 79

Banner