"Qarabağ" Pedro Bikalyo ilə bağlı qərar verdi
“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.
Əlavə edək ki, ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi.
Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı da vardı. Lakin "Qarabağ" futbolçunu saxlaya bilib.