"Qarabağ" yeni transfer üçün bu qədər ödəyib

"Qarabağ" Qambiya əsilli isveçli futbolçu Zakariya Savo üçün İsveçin “Yurqorden” klubuna transfer məbləği ödəyib.

Sportline.az futbolinfo.az"a istinadən xəbər verir ki, bununla bağlı sözügedən klubun idman direktoru Bosse Anderson məlumat verib.

O bildirib ki, Azərbaycan təmsilçisi Savo üçün 500 min avro (1 milyon manat) ödəniş edib.

Son mövsümü Kiprin AEL (Limassol) klubunda keçirən Zakaria Savo müqavilə ilə “Yurqorden”ə məxsusdur.

Artıq Bakıda olan futbolçunun transferi tibbi müayinədən sonra rəsmən açıqlanacaq.