"Qarabağ"da ciddi itki
"Qarabağ"ın zədəli futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. İsveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir.
Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin SSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnib.