"Qarabağ"da vəziyyət nə yerdədir?

Noyabrın 26-da "Totenhem"i qəbul edəcək "Qarabağ" qələbə istəyindədir. Amma, bu, heç də, asan tapşırıq deyil. Komandamız onsuz da güclü olan  rəqiblə oyuna ciddi itkilərlə hazırlaşır. Zədə üzündən millinin Moldova ilə görüşünə çıxmayan kapitan Rəşad Sadıqovla hücumçu Armenteros hələ də, fərdi məşq etmək məcburiyyətindədir. Hər iki futbolçunun "Totenhem"lə qarşılaşmada meydana çıxacağı haqda qəti fikir bildirilmir. Braziliyalı Reynaldo və mərakeşli Əl Jadeyuini də bu sıraya əlavə etsək, "Qarabağ"ın çətin sınaq ərəfəsindəki vəziyyəti heç də ürəkaçan deyil.

Xatırladaq ki,  "Qarabağ"-"Totenhem" matçının start fiti noyabrın 26-sı saat 22:00-da Tofiq Bəhramov adına respublika stadionunda səslənəcək. 

Banner