"Qarabağ"da yeni təyinat
“Qarabağ”da yeni təyinat reallaşıb.
Sportline.az xəbər verir ki, Vüqar Əsgərli bundan sonra Ağdam klubunun futbol akademiyasında fəaliyyət göstərəcək.
O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi postuna təyin olunub.
Mütəxəssis daha əvvəl Azərbaycanın U-19 qızlar millisini də çalışdırıb.
Qeyd edək ki, Vüqar Əsgərlinin son iş yeri 2022-23 mövüsmündə rəhbərlik etdiyi “Şamaxı” olub.