"Qarabağ"ın daha bir komandası çempion oldu
AFFA U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Sportline.az xəbər verir ki, “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.
Xatırladaq ki, bu mövsüm "Qarabağ"ın əsas, U-13 və U-15 komandaları da çempion olub.
“Qarabağ”ın üzvü Daniil Rəcəbov mövsümün ən yaxşı oyunçusu seçilib.