"Qarabağ"ın futbolçuları Kiyev "Dinamo"sunun hədəfində

Kiyev "Dinamo"su "Qarabağ"ın iki futbolçusu ilə yaxından maraqlanır.

SportLine.az rekord.az-a istinadən xəbər verir ki, Ukrayna klubu Ağdam təmsilçisinin müfaiəçisi Bədavi Hüseynovun və yarımmüdafiəçisi Riçard Almeydanın xidmətində maraqlıdır. Hətta, deyilənə görə, "Dinamo"nun baş məşqçisi Sergey Rebrov bu yaxınlarda Bakıda olub və "Qarabağ" - "Tottenhem" matçını canlı izləyib. Hadisələrin bundan sonrakı gedişatı isə danışıqlardan aslı olacaq.