"Qarabağ"ın futbolçusu ata oldu
“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
Sportline.az xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.
Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl – 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Qarabağ"ın formasını geyinir.

