"Qarabağ"ın futbolçusu ilk beşlikdə

Avropa Liqasının rəsmi "Feysbuk" səhifəsi turnirin qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısını təqdim edib.

Sportline.az xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə də yer alıb. O, 2 oyunda 8 dəfə topu uzaqlaşdırıb. Bu nəticə ilə Bəhlul Hrvoye Miliçeviç (AEK), Krsitan Burgesslə ("Union" Belçika) birgə 3-5-ci bölüşdürür.

Birinci pillədə Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi Fransa "Nant"ının futbolçusu Nikolya Paullua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-cidir.