“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu fevralın 23-də keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kolletiv qrup birincilərindən biri ilə qarşılaşacaq. Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer”dir (Almaniya). Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları martın 7-də və 14-də keçiriləcək.