"Qarabağ"ın rəqibi hücumçusunu satır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i futbolçusu Vilfred Qnonto ilə yollarını ayırır.

Sportline.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Sürix təmsilçisi 19 yaşlı hücumçunun transfer üçün alacağı pulun məbləğini 15 milyon avrodan 10 milyon avroya endirib.

Ölkə çempionu bu keçiddən qazanc götürməklə maliyyə durumunu yaxşılaşdırmaq istəyir. İtaliya millisinin üzvü ilə Almaniyanın "Hoffenhaym" və Niderlandın "Feyenoord" klubu maraqlanır.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.