"Qarabağ"ın rəqibi türkiyəli müdafiəçini transfer etmək istəyir
"Qarabağ"ın Avropa liqasındakı rəqibi "Braqa" türkiyəli müdafiəçi ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Saşa Boeyin zədələnməsinin ardından forma geyinmə şansı tapan Əli Türap Bülbül üçün Portuqaliyanın "Braqa" klubu təklif göndərib.
"Beşiktaş"ın gənc futbolçusu Sərdar Saatçını 1,5 milyon avroya trasnfer edən Portuqaliya klubu Əli Türab üçün hərəkətə keçib.
Qeyd edək ki,"Braqa" klubunun 18 yaşlı futbolçu ilə yazdan etibarən maraqlandığı bildirilib.