"Qarabağ"ın rəqibindən 1 xal

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Superliqada növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, Rza Çalımbayın kollektivi 9-cu turda “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.

“Fatih Karagümrük” – “Sivasspor” – 1:1
Qollar:
 Erik Liçay, (öz qapısına, 0:1), Erik Sabo, 86 (1:1)

Qeyd edək ki, bu bərabərlikdən sonra xallarının sayını 13-ə çatdıran “Fatih Karagümrük” 5-ci pillədə qərarlaşıb. “Sivasspor” isə 9 xalla 13-cüdür. Sıralamaya aktivində 20 xal olan “Fənərbaxça” başçılıq edir. “Alanyaspor” 17 xalla 2-ci, “Qalatasaray” isə 16 xalla 3-cüdür.