"Qarabağ"ın rəqibindən heç-heçə

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix" İsveçrə çempionatında 2-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda doğma meydanda “Luzern”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

"Sürix" 2 turdan sonra 1 xalla hazırda 7-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ” “Sürix”ə Bakıda keçirilən ilk oyunda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 27-də İsveçrədə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Banner