"Qarabağ"ın rəqibləri qələbə qazandılar

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan komandalar ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər. SportLine.az xəbər verir ki, "J" qrupunun lideri "Tottenhem" "Premyer Liqa"da növbəti qələbəsini qazanıb. Onlar doğma azarkeşlər önündə "Vest Hem"ə aman verməyiblər. 4:1.

"Monako" isə Fransa "I Liqa"sında "Nant"la qarşılaşıb. "Knyazlar" rəqibi əliboş yola salıblar. 1:0.

Belçika çempionatında mübarizə aparan "Anderlext"in bu tura planlaşdırılan "Lokeren"lə görüşü isə təxirə salınıb.