Qarnaço seçimini etdi

"Çelsi" Alexandro Qarnaço üçün "Mançester Yunayted"  ilə danışıqları sürətləndirir.

Sportline.az xəbər verir ki, London klubu Qarnaçonun transfer razılaşmasına nail olmağa yaxındır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Yunayted"in baş icraçı direktoru Berrada ilə “Çelsi” rəhbərliyi arasında əla münasibətlər mövcuddur ki, bu da danışıqları asanlaşdırır.

Qarnaço yalnız “Çelsi”də oynamaq istəyir və son 48 saatda "Bayern"in təklifini rədd edib. Beləliklə, onun Almaniya klubuna keçməsi mümkün deyil.