"Qəbələ"də yeni idman direktoru

“Qəbələ” klubunda yeni təyinat reallaşıb.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Səbuhi Səfiyarlı bölgə təmsilçisinin idman direktoru vəzifəsinə təyin edilib.

Əvvəl də "Qəbələ"də çalışmış Səbuhi Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.