"Qəbələ"nin rəqibləri üçün uğursuz həftə

UEFA Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda mübarizə aparan komandalar ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər. SportLine.az xəbər verir ki, "C" qrupunun lideri "Borussiya Dortmund" "Bundesliqa"nın 13-cü turunu xalsız başa vurub. "Arılar" Hamburq səfərindən əliboş qayıdıblar. 1:3.

Qrupun ikincisi - "Krasnodar" isə Rusiya "Premyer Liqa"sının son turunda Moskva "Spartak"ının qonağı olub. Gərgin anlarla yadda qalan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 3:2.

PAOK isə digər komandalardan fərqli olaraq 1 xal qazana bilib. Saloniki təmsilçisi doğma azarkeşlər önündə "Panaitolikos"la heç-heçə edib. 0:0.