"Qızıl top"a namizədlərin sayı 3-ə endi
FİFA "Qızıl top" mükafatına namizədlərin siyahısında dəyişiklik edib. SportLine.az xəbər verir ki, yekun siyahıda 3 iddiaçının adı təqdim olunub.
Ötən il ən yaxşı seçilən Kriştiano Ronaldo bu dəfə də "Qızıl top"a sahib çıxa bilər. Onunla birlikdə Lionel Messi və Neymar da ilin ən yaxşı futbolçusu seçilməyə iddialıdır.
Qadınlar arasında isə Çarli Lloyd, Aya Miyama və Sella Şaşiç "Qızıl top" uğrunda mübarizənin yekun iddiaçılar siyahısında yer alıb.
Qeyd edək ki, mükafatın sahibləri 2016-cı il yanvarın 11-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olacaq.