"Qızıl top"un qalibi vaxtından əvvəl məlum olub

Oktyabırın 30 da Fransa paytaxtı Parisdə keçiriləcək mərasimdən öncə mükafatçının adı mediaya sızdırılıb.

Sportline.az Diario Sport-a istinadla xəbər verir ki, rəsmi açıqlama olmasa da İspaniya mediası "Qızıl top"un Lionel Messiyə çatacağını yazıb.

Messi və doğmalarının artıq Paris planlarının cızdığı vurğulanır. 

Qeyd edək ki, argentinalı ulduz ötən il də “Qızıl topun” sahibi olmuşdu.